Oteldə yerləşdirmə növünü bildirən abbreviaturların oxunması:
MB – (main building) – otaq otelin əsas binasında yerləşir;
HV – (holiday village) – kiçik tikililər kompleksi şəkilində fəaliyyət göstərən otel nömrəsi;
BGL, BG – (bungalow) – ayrıca bunqalo;
Chale – əsas binaya bitişik yardımçı tikilidə otaq;
Cabana – çimərlikdə ayrıca tikili;
Cottage – ayrıca kottec;
Executive floor – otelin yüksək səviyyəli xidmət hissəsində yerləşən nömrə;
SGL – (single) – bir nəfərlik otaq;
DBL – ikinəfərlik bir çarpayı (double) və ya ikinəfərlik iki ayrı-ayrı çarpayı (double twin) olan otaqda yerləşdirilmə;
TRPL – (triple) – üç nəfərlik otaq;
QDPL – (quadriple) – dörd nəfərlik otaq;
Exb – (extra bed) – əlavə çarpayı;
ROH – (run of the house) – otelə daxil olma faktı üzrə istənilən sərbəst nömrədə yerləşdirilmə.
Otellərdə nömrələrin qruplaşdırılması
Otel nömrələrini ifadə edən abbreviaturların oxunması:
STD – (standart) – standart nömrə;
BDR, BDRM – (bedroom) – ayrıca yataq otağı olan nömrə;
Superior – artırılmış ərazisi olan nömrə;
Studio – mətbəx ilə birləşən birotaqlı nömrə;
Family room – standart ölçüdən daha geniş ailə üçün nömrə;
Family studio – iki ayrıca otaqdan ibarət ailəvi nömrə;
Honeymoon room – “bal ayını” qeyd edən yeni evlənənlər üçün böyük çarpayılı nömrə;
Suite – yüksək rahatlıq təmin edən nömrə;
De luxe – bahalı mebel və dizayner təmirli geniş ölçülü nömrə;
Business – texniki avadanlıq və iş masası ilə təchiz edilmiş işgüzar səfərləri üçün geniş nömrə;
APT (appartment) – qonaq otağı, yataq otağı və mətbəxi olan nömrə.