Qışda səyahət ediləcək ölkələr insanların qərarsız olduğu mövzulardandır. Qışda hara getmək olar? Cənub yarımkürəsində yay fəsli olduğu halda, Şimal yarımkürəsində soyuq qış fəsli yaşanır. Qış fəslində səyahət planlaşdırarkən 3 sual ətrafında düşünün:
- Qış fəslində yayı, yoxsa qışı yaşamaq?
- Neçə günüm var?
- Vizam var?
Bu 3 sual ətrafında qışda səyahət etmək istəyəcəyiniz ölkələri sizin üçün araşdırdıq.
Norveç (Xoşbəxtlər ölkəsi)
Şimal işıqlarını (Aurora Borealis) harada seyr edəcəklərini düşünənlər tərəfindən qiymətləndirilməli olan ölkələrdən biri Norveçdir.
Aurora işıqları günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır və qış aylarında bütün Skandinaviya ölkələrində tez-tez görünürlər. Bu vizual şouya baxmaq istəyənlər səyahət siyahılarının ilk sıralarına Norveçi daxil etməlidirlər. Bu işıqlar qış fəslində soyuq havalarda ən çox Tromso və Svalbard şəhərlərində görünür. Norveçi səyahət üçün 4-7 gün sizin üçün kifayət edəcəkdir. Əlavə vaxtınız olarsa, yaxınlıqda yerləşən Stokholmu da ziyarət edə bilərsiniz.
Norveçdə otel seçimləri:
Los Angeles
Cənubi Kaliforniyanın günəşli şəhərlərindən biri olan Los Angeles, başqa sözlə ” Mələklər şəhəri ” təxminən yüz əsrdir incəsənət, musiqi, film və əyləncənin paytaxtıdır. Çoxmədəniyyətli quruluşu, zəngin alış-veriş imkanları və okean iqlimi şəhərin atmosferini təşkil edən digər detallardır.
Los Angelesdə ediləcəklər siyahısı:
- Hollywoodu gəzin.
- Bir çox məşhur markanın mağazalarını və lüks restoranlarını tapa biləcəyiniz Rodeo Drive boyunca gəzin.
- Sunset Boulevard-da nostalji tura çıxın.
- İllərdir yüzlərlə məşhur Hollywood seriallarını və filmlərini çəkən Universal Studios-u ziyarət edin.
- Hollywood Bowl-da bir konsertə gedin.
- Dünyanın ən böyük əyləncə mərkəzi olan Disneyland-da əylənin.
- Venesiya çimərliyində dənizin dadını çıxarın.
- Los Angeles şəhərinin qərbində yerləşən Santa Monica-Amerikanın ən gözəl çimərliyinə gedib, istirahət edin.
- Şəhərin mərkəzindəki Grand prospektində yerləşən Walt Disney-də konsertə gedin.
- La Brea Tar Pits ve Page muzeyində tarixdən əvvəlki canlılarla tanış olun.
Los Angeles-də otel seçimləri:
Praqa-Çex Respublikası
Qışda Praqa çox soyuq olur. Amma ən gözəli bilirsiniz nədir? Həmişə filmlərdə izlədiyiniz köhnə və tarixi bir şəhərdə küçələrə qar dənəcikləri düşən zaman kiçik bir kafedən bu mənzərəni izləməyi Praqa sizə vəd edir. Praqa gediləcəksə, qışda gedilməli.
Praqada otel seçimləri:
Tailand
Qış fəslində yayı yaşamaq istəyirsiniz? Elədirsə, Tailand tam sizə uyğun bir ölkə olacaq. Qışda gəzməli ən gözəl ölkələrdən biri olan Tailand, dənizi, günəşi, çimərlikləri və təbiəti ilə dünyadan çox sayda turistləri cəlb edən ölkələr siyahısındadır.Koh Phangan, Koh Samui, Bangkok, Pattaya, Chaing, Phi Phi adası, Patong Beach gəzəcəyiniz yerlər siyahısında olmalıdır.
Macarıstan-Budapeşt
Paytaxt Budapeşt Mərkəzi Avropanın ən gözəl ölkələrindəndir.Soyuq ölkə olsa da, qışda qarla örtüləndə şəhərə heyran olmamaq mümkün deyil. Gecəsi fərqli, gündüzü fərqli olan bu şəhəri Dunay çayı 2 hissəyə ayırır.Macarıstana getmək istəyən hər bir şəxs Şengen vizası əldə etməlidir.
Macarıstanda otel seçimi:
Bolqarıstan:
Qış mövsümündə insanların çoxu Bolqarıstanı seçir. Səbəbi isə xizəkdir. Bolqarıstanın Bansko şəhəri paytaxt Sofiyadan 150 km məsafədə UNESCO Dünya Mirası olan Pirin Milli Parkının sərhəddində yerləşir. Bu istirahət mərkəzində təkcə xizək deyil, spa mərkəzi və barda fəaliyyət göstərir.
Bütün bu imkanlara baxmayaraq, qiymətlər də münasibdir. Xizək sürməyi sevirsinizsə və uyğun büdcəli yer axtarışındasınızsa Bansko ilk seçiminiz olmalıdır. Bolqarıstan da Şengen vizası tələb edən ölkələr siyahısındadır.
Bakı – Sofiya ən ucuz aviabiletlər
Bolqarıstanda otel seçimi: