Bu il Ramazan ayı turizm mövsümünün pik zirvəsinə təsadüf etdiyi üçün, bu ay ərzində müsəlman ölkələrinə səfərə hazırlaşanlar orucluq ayının bəzi qaydalarını bilməlidirlər.
Bu ayda müsəlman ölkələrində turistlər gündüz vaxtı xeyli azalan işgüzar və sosial fəallığa şahid olacaqlar. Yerli əhalinin gündəlik həyatı axşam və gecə saatlarına təsadüf etməyə başlayır.
Oruc vaxt müsəlman olmayan turistlər üçün Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran kimi ölkələrə səyahət etmək o qədər də ürəkaçan olmaya bilər. Məsələ ondadır ki, bu ölkələrdə gün ərzində bütün kafe, restoran və bir çox digər ictimai yerlər bağlanılır. Küçədə və ya digər ictimai yerlərdə yeyib içmək isə, qəti qadağandır ki, bu qadağa həm də turistlərə şamil edilir.
Bu səbəbdən əgər siz bu ölkələrdən birinə səyahət etməyi düşünürsünüzsə, bu zaman ucuz aviabilet almaqdan başqa yaxşı olar ki, yerli adət-ənənələrə də diqqət edəsiniz, əks halda qadağanın pozulmasına görə kifayət qədər iri məbləğdə cərimə ödəməli olacaqsınız.
Amma Türkiyədə belə sərt qaydalar yoxdur, çünki digər müsəlman ölkələrindən fərqli olaraq Türkiyə daha demokratik ölkədir və burada din dövlətdən rəsməm ayrıdır. Bununla belə, Türkiyənin əsas əhalisi müsəlman olduğu üçün Ramazan ayı türklər üçün müqəddəs ay hesab edilir. Burada orucluq vaxtı əgər siz küçədə gəzə-gəzə dondurma yesəniz və ya meyvə şirəsi içsəniz sizə xüsusi diqqət belə verməyəcəklər. Amma ictimai yerlərdə nümayişkaranə şəkildə spirtli içkilər içmək qəti qadağandır.
Ramazan ayı boyunca günorta saatlarında ciddi müsəlman ölkələrində siz demək olar ki, heç kəsə rast gəlməyəcəksiniz. Hətta Ər-Riyad, Dubay, Şarja, Rabat, Cakarta kimi iri şəhərlər belə sanki yuxuya getmiş olurlar.
Ramazan ayında iş vaxtı saat 9:00-dan (bəzən 8:00-dan) başlanır və maksimum saat 14:00-a qədər davam edir. Turistlər bu məqamı da nəzərə almalıdırlar, çünki bank və valyuta mübadiləsi məntəqələridə həmçinin bu vaxt bağlanılır. Belə ki, əgər siz pulunuzu xırdalaya bilmədinizsə, bu zaman növbəti günü gözləməli olacaqsınız.
Orucluq vaxtı bütün müsəlmanlar bir qayda olaraq öz vaxtlarını ailələrinin ətrafında keçirməyə çalışırlar.
İstanbulda Ramazan ayı boyunca mağazalar, kafelər, restoranlar, taksi xidmətləri və digər müəssisələr gündüz vaxtı bağlanmır. Lakin bu məqam müəssisənin sahibindən asılıdır. Məsələn, günortadan sonra siz bəzi dükanların qapılarının bağlandığı görə bilərsiniz ki, bu günorta namazının vaxtının çatdığını bildirir. Namaz vaxtını isə siz bütün minarələrdən yayılan azan səsindən müəyyən edə bilərsiniz.
Axşam düşdükdən sonra isə bu şəhərlər sanki canlanır. Ətrafdakı hər şey tamamilə fərqli görünməyə başlayır! Küçələr adamlarla dolur, bir çoxları ailə şəklində qapılarını yenicə açmış restoranlara dadlı şam yeməyinə tələsirlər. Restoranlarda çox təamlı masalar açılır ki, istənilən zövqə uyğun yeməklər təqdim edilir. Yollarda tıxaclar yaransa da bu heç kimi qıcıqlandırmır – insanlar günlərini sülh və həmrəylik şəraitində keçirdikləri üçün xoşbəxtdirlər.
Ramazan ayında tətilə getmək üçün ucuz aviabiletləri siz buradan əldə edə bilərsiniz!
Bütün müsəlmanları Ramazan Bayramı münasibəti ilə təbrik edir, xoş istirahətlər arzu edirik!