Sevgililər gününü keçirmək üçün 5 ən yaxşı şəhər

Sevgililər günü

Tbilisi


Zəngin tarixi olan Tbilisi Sevgililər gününü keçirmək üçün ən yaxşı şəhərlərdən biridir. Bir neçə gün əlavə qalmaqla həm dağ mənzərələrini, həm gözəl dərələri, həm gölləri görə, həm də koloritli Tbilisinin qədim küçələrini gəzə bilərsiniz.

Barselona

Fevralın ortalarında Barselonada romantik gəzintilər üçün ideal hava olur. Hərarət +15 °C-yə qədər qalxır. Dolaşıq küçələr, geniş meydanlar Barselonanın əsas gəzməli yerləridir. Bir neçə gün Barselonada qalmaqla Monjuik təpəsinə qalxmaq, təxminən 4000 incəsənət əsərinin yığıldığı Pikasso muzeyinə baxmaq, həmçinin Avropanın ən böyük akvariumu – “dünya okeanının dibi”ndə gəzmək olar.

Soçi

Soçidə romantik tətili xizək sürərək aktiv istirahətlə birləşdirmək mümkündür. Dağ yamaclarını fəth etdikdən sonra şəhərdə gəzintiyə yollanın. Müşahidə çarxında fırlanın, dendrari və «Öpüş bağçası”nda gəzin, sonra isə sevgililər üçün olan skamyada istirahət edin. Ürəyinizdə arzu tutsanız və skamyada oturub danışmadan 100 saniyə öpüşsəniz arzunuz reallaşacaq.

Praqa

Praqa sevgililər, görüşlər, sirli saraylar və koloritli küçələr şəhəridir. Burada kiçik məzuniyyət uzun müddət yadda qalan olacaq. Şəhərdə 3 gün qalmaqla Müqəddəs Vita kilsəsinə baxa, iri saat zənglərinə qulaq asa, Karlov körpüsündə gün batımını izləyə və şəhərin kiçik dar küçələrində gəzib Orta Əsrlərin atmosferinə baş vura bilərsiniz. Əsl Çexiya pivəsinin dadına baxmağı da unutmayın.

Riqa

YUNESKOnun dünya irsi siyahısına daxil olan “Köhnə şəhər”in kiçik küçələrində gəzmək romantik istirahət üçün ideal variantdır. Bir neçə gün ərzində Latviyanın paytaxtında həm art-nuvo muzeyini ziyarət etmək, həm qara pişikli Evi görmək, həm əsl Riqa şprotlarının dadına baxmaq, həm də Dom kilsəsində orqan musiqisinin konsertinə getmək olar. Riqanın panoramasına baxmaq üçün müqəddəs Petra kilsəsinin tamaşa meydançasına qalxmağı da yaddan çıxarmayın.