Səyahətdə pul qazanmağın yolları

Bir çox səyyahlar ucuz aviabiletlərin əldə edilməsindən başqa səyahət zamanı pul qazanmağın yolları haqqında da düşünürlər. Səyahət zamanı pul qazanmaq həqiqətən də mümkündür, ancaq bunun üçün gərək, heç olmasa, müəyyən sahədə yüksək səviyyəli və peşəkar mütəxəssis olsanız.

Mənzillərin kirayə verilməsi

Bu səyahət zamanı pul qazanmağın ən sadə üsuludur. Səyahət zamanı mənzilinizin kirayə verilməsini siz öz tanışlarınıza və ya qohumlarınıza həvalə edə bilərsiniz. Ən yaxşısı mənzili qısa müddətə elə turistlərə kirayə verməkdir, xüsusilə də əgər siz paytaxtda və ya turistik bölgədə yaşayırsınızsa. Unutmayın ki, qanuna görə, siz kirayədən əldə etdiyiniz gəlirə görə vergi ödəməli olacaqsınız.

Sponsor tapmaq

Əgər siz həqiqətən də tanınmış səyyahsınızsa, bu zaman siz öz səyahətiniz üçün sponsor tapa bilərsiniz. Amma sponsorlar vəsaiti reklama görə ödədikləri üçün siz bu yolla pul qazanmaq üçün xeyli əziyyət çəkməli olacaqsınız. Bunun üçün siz əvvəlcə nüfuz və şöhrət qazanmalısınız, məşhur səyyah olmalısınız ki, sonra sponsor şirkəti təmsil edəsiniz.

Qısamüddətli iş

Səyahət zamanı mətbəxdə qabyuyandan tutmuş turizm xidmətləri təklif edən bələdçiyə qədər iş tapmaq mümkündür. Amma bu növ işlər vaxtaşırı olduğu üçün bu qazanc növünə də çox ümid etmək olmaz.

Əgər sizin bəxtiniz gətirərsə bu halda səyahət zamanı daimi və yaxşı ödənişi olan iş tapa bilərsiniz ki, bu zaman da səyahət haqqında unutmalı və bir müddət evdən kənarda qalaraq çalışmalı olacaqsınız.

Səyahətlərlə bağlı peşə

Əgər səyahətlər sizin həssas yerinizdirsə və hal-hazırda siz hansı peşəni seçmək haqqında düşünürsünüzsə, bu zaman növbəti peşələr ilə maraqlana bilərsiniz: pilot, tərcüməçi, jurnalist, qatar bələdçisi, bort baxıcısı, dj, peşəkar idmançı, baş nazir, prezident, kino ulduzu, super qəhrəman və s.

Bu gün bir çox insanlar bütün dünya üzrə müəyyən yerə, şəhərə, hətta ölkəyə belə bağlılıq olmadan belə iş qururlar. Onların işi tam olaraq İnternet üzərində qurulur, çünki hal-hazırda internet demək olar ki dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq ayrı-ayrı növ işləri yerinə yetirmək üçün hələ ki yeganə üsuldur.

Amma belə məşğulluq da böyük səylər tələb edir, üstəlik siz müəyyən sahədə mükəmməl peşəkar olmalısınız.

Beləliklə, səyahət zamanı internet vasitəsi ilə onlayn pul qazanmağın yolları:

Səyahətlər haqqında öz bloqunuzu hazırlayın

Şəxsi sayt və ya bloq çalışdırmaq üçün, eyni zamanda bir neçə peşəyə yiyələnmək lazımdır: kopirayter (mətn yazan), veb-dizayner, proqramçı, SEO-mütəxəssis, fotoqraf, marketoloq. Bundan əlavə internet vasitəsilə pulun alınması və nağdlaşdırılması üsullarını mənimsəmək, mühasibatlıqdan anlayışlı olmaq, ən azı ingilis dilini öyrənmək, Photoshop proqramında çalışmağı da bilmək lazım olacaq.

Sizin sayt və ya bloq populyarlıq qazanandan və onları hər gün bir neçə min adam ziyarət etdikdən sonra, həmin sayt və ya bloqdan gəlir əldə etməyin yolları haqqında düşünmək olar (saytda reklam, partnyorla iş).

Şəkillərin satışı

Əgər siz yaxşı şəkillər çəkirsinizsə, bu zaman öz şəkillərinizi fotobanklarda satmağa cəhd edə bilərsiniz. Nəzərə alsaq ki, bir şəkil bir neçə dəfə də satıla bilər, bu halda şəkillərin satılmasından yaxşı pul qazanmaq olar. Beləliklə bir neçə min alınan fotodan ibarət portfolio yaratdıqdan sonra ay ərzində bir neçə yüz dollara qədər gəlir əldə etmək olar.

Yekun olaraq nəzərə alın ki, pul qazanmaq üçün hər hansı bir sahədə peşəkar olmaq lazımdır, daha doğrusu sizin pul qazanmaq istedadınız olmalıdır. Pul qazanmağın seçim üsulu isə tam olaraq sizin özünüzdən asılıdır.

Bütün işlərinizdə sizə uğurlar və xoş səyahətlər arzu edirik!

Hava limanında etiket qaydaları

Təyyarələr dünyanın bir hissəsindən digərinə səyahət vaxtını xeyli azaldır. Təyyarə ilə uçaraq biz istər-istəməz hava limanlarında kifayət qədər uzun müddət keçirmək məcburiyyətində

Ətraflı »
Çox gəzən çox bilər

Fransa: Paris

Çox Gəzən Bilər #10 – Fransa: Paris (13.11.2016) Mirsəməd və Fəridin təqdimatında “Çox Gəzən Bilər” televiziya proqramı Aparıcılar: Fərid Rəsul, Mirsəməd Cəfərli

Ətraflı »