Səyahətinizi asanlaşdıracaq 10 pulsuz tətbiqetmə

Səyahət proqramları
  • Wifi Map
    Dünyanın hər yerində simsiz internet nöqtələrini şirfəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Wifi Map proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Citymapper
    Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimati nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Citymapper proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • XE Currency
    Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android XE Currency proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • PackPoint Travel Packing
    Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınıza hansı əşyaları daxil etməyinizin lazım olduğunu göstərən proqram, tətil zamanı “kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android PackPoint Travel Packing proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Waze
    Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Waze proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Foursquare
    Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Foursquare proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Tripit
    Təyyarə bileti, otel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa online məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatları xəbərdar edir.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Tripit proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Triposo
    Getdiyin şəhərdə haraları gəzməli?!, haraları görməli?! necə vaxt keçirməli?! suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Triposo proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Flush Toilet Finder
    Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimati ayaqyoluları göstərir. Google Map üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Flush Toilet Finder proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.
  • Google Translate
    90 dildə tərcümə edən Google-nın online tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı bəlkədə ən vacib proqramnız sayıla bilər.
    Telefonunuzun əməliyyat sisteminə uyğun IOS və ya Android Google Translate proqramını keçidi klikləyərək, yükləyə bilərsiniz.