- Təyyarədə daha yaxşı yer seçmək üçün aviaşirkətin saytında əvvəlcədən qeydiyyatdan keçmək;
- Hava limanına uçuş vaxtına 2-3 saat qalmış çatmaq;
- Hava limanında bəzi zəruri yoxlamalardan keçmək;
- Bilet alarkən istifadə olunan şəxsiyyəti təsdiq edən sənəd və digər zəruri sənədləri özünüzlə götürmək;
- Hava limanına çatdıqdan sonra uçuş terminalındakı lövhədə reysə qeydiyyat masasını tapıb ora yaxınlaşmaq. Burada siz qeydiyyatdan keçə, baqajı təhvil verə, əl yükünü əlavə edə və uçuş sənədinizi ala bilərsiniz.
- Uçuş sənədində göstərilən giriş qapısının nömrəsini və təyyarənin göyərtəsinə keçmək üçün müəyyən edilən vaxta diqqət edin.
- Pasport, viza, gömrük nəzarəti və digər etaplarından keçin.
- Təyyarənin giriş qapısında olan dispetçerə uçuş sənədinizi göstərin və teletrap (və ya avtobus vasitəsi ilə) təyyarənin salonuna keçin.
- Uçuşdan zövq alın!