Təyyarədə 22 məşğuliyyət

Təyyarədə 22 məşğuliyyət

  1. Əl ilə düzəldilən hədiyyə ən yaxşı hədiyyə sayılır. Dostlarınıza və ya doğmalarınıza “I love (şəhərin adı)” yazısı olan köynək almaqdansa, daha dəyərli, uçuş zamanı düşünərək kreativ ürək sözlərinizi yazacağınız açıqcalar hazırlayın. Bu açıqcaları poçt qutusunda tapmaq, yaxınlarınız üçün, heç olmadıqları şəhərin həkk olunduğu köynəyi geyinməkdən daha xoş olacaq.
  2. Telefonunuza əvvəlcədən musiqi proqramı yükləyin və təyyarədə olarkən musiqi yazmağa və ya mahnı bəstələməyə çalışın.
  3. Özünüz ilə rəngli karandaşlar və mandala boyama kitabçası götürün.
  4. Oriqami sənətinə yiyələnin.
  5. Oxumaq istədiyiniz lakin bunun üçün vaxt tapmadığınız kitabı özünüzlə götürün.
  6. Oxumaq istədiyiniz, lakin tənbəllik etdiyiniz kitabın audiosəslənmə versiyasını yükləyin. Diktorun xoş səsi ilə təyyarədə yuxuya getmək daha asan olacaq.
  7. Planşetinizə iş yoldaşlarınızın hər səhər müzakirə etdiyi yeni çıxan serialı yükləyin.
  8. Səyahət günlərinizi planlaşdırın: hara getmək istədiyinizi, nəyə baxmaq istədiyinizi tarixlərə görə ayırın ki, məzuniyyətinizin təxmini planını biləsiniz.
  9. Məktəb illərindəki kimi gündəlik tutub səyahət haqqında təəssüratlarınızı və fikirlərinizi yazın. Yaşa dolanda onu yenidən oxuyub həmin günləri yad edəsiniz deyə…
  10. 10 dəqiqə gərilmək üçün təyyarənin bir ucundan digər ucuna qədər gəzin, barmaqlarınızın ucunda dayanın.
  11. Nəfəs gimnastikası ilə məşğul olun ki, həm bədəniniz rahatlasın, həm də mənfi fikirlərdən azad olasınız. Bir əlinizi qarnınıza digərini sinənizə qoyub elə nəfəs alın ki, yalnız sinənizin üstündəki əliniz qalxsın. Sonra isə əksinə qarnınızın üstündəki əliniz qalxsın. 4-ə qədər sayaraq qısa dərin nəfəs alıb, 8-ə qədər sayaraq yavaş-yavaş uzun nəfəs verin.
  12. Baxım saatı elan edin. Üzünüzü tonik ilə silin, parça maska qoyun, krem çəkin.
  13. Həyatınızın alternativ hekayəsini düşünün. Başqa biri olmağa çalışın. Təyyarə qonşunuz ilə bir daha rastlaşmayacağınıza əminsizsə ona millioner olduğunuzu və ada almaq üçün uçduğunuzu, və yaxud elmi konfransda çıxış etmək üçün uçduğunuzu deyin.
  14. Əgər tək deyilsizsə dostlarınızla “Cəsarət ya doğruluq” oyununu oynaya bilərsiniz. Bu oyun vasitəsi ilə dostunuz bilmədiyiniz tərəflərini öyrənə bilərsiniz.
  15. İnstagramda paylaşacağınız şəkillərin üzərində işləyin.
  16. İnstagram hesabınız yoxdursa, bu asudə vaxtı uğursuz şəkillərinizi silməklə keçirə bilərsiniz.
  17. Telefonunuzun yaddaşını tənzimləyin. Bir qovluqda kartlar, digərində musiqi proqramları, messenger və s.
  18. Sonraya saxladığınız işlərinizi görməyə çalışın. Məzuniyyətdən sonra görəcəyiniz işlərinizin biznes-planını və yaxud siyahısını hazırlayın.
  19. Özünüz ilə lüğət götürüb səfər etdiyinz ölkənin dilində ifadələr öyrənin və yaxud əvvəlcədən dil proqramlarını yükləyin.
  20. Qidalanın. Müxtəlif dadlı qəlyanaltılar havada xüsusi zövq verir.
  21. Sərxoş olacaq qədər için.
  22. Əgər yuxardakıların hamısı uğursuz olarsa, ənənəvi saymaq üsulu ilə yuxuya getməyə çalışın.