Hava limanınından qalacağınız otelə qədər biz aparaq...
Hava limanından təyinat yerinə taksi hər zaman baha, imkanlarına görə isə uyğun seçim deyil. Hava limanından avtobuslardan istifadə seçimi isə uzun gecikmələr və naməlum şəhərdə itmək ehtimalı ilə dolu ola bilər. Aybilet.az, intui.travel ilə sizə transfer xidmətini təklif edir. Bu xidmət vasitəsi ilə hava limanından otelinizə və ya əks istiqamətdə, müxtəlif təyinatlı – Sedan, miniven, luks avtomobillərlə hərəkət edə bilərsiniz.
175 Ölkədə
Qiymətlər sondur və əlavə gizli ödəniş yoxdur
297.500 şəhərdə
Uçuş gecikirsə, sizi gözləyirik
3500 hava limanında
Gözləmək qiymətə daxildir
Sifarişinizdən sonra biz sizə görüş nöqtəsi sxemi, sürücü və nəqliyyat şirkətinin əlaqələrini təqdim edəcəyik. Sürücünüzü görmürsünüzsə, daşıyıcı və sürücü ilə əlaqə saxlamaq üçün telefon nömrələrini qeyd edəcəyik (WeChat / WhatsApp / Viber). Göstərilən nömrələrə zəng edərək, çek nömrəsini və soyadınızı verməklə, hərəkətlərinizlə bağlı təlimat alacaqsınız.
Avtomobillərin sayı, məsələn, təyyarədəki yer kimi məhduddur. Öncədən bron etmə, hava limanına gəldikdən sonra sizi gözləyən avtomobilə minəcəyinizə və lazımsız gecikmələr olmadan yola düşəcəyinizə zəmanətdir. Erkən bron, həm avtomobil növü, həm də qiymətlərdə bir o qədər çox seçim imkanı verir.
Uçuş ləğv edilərsə və ya uçuş gecikərsə nə etməli?
Hər bir avtomobilin təsviri nəqliyyat şirkətini müştərini nə qədər gözlədiyini göstərir.
Uçuş müəyyən edilmiş gözləmə müddətindən çox gecikirsə, çekdə göstərilən + WeChat / WhatsApp / Viber telefonları ilə birbaşa nəqliyyat şirkəti ilə əlaqə saxlamalısınız. Ləğv etmə şərtləri sifarişdə göstərilir.
Transfer qiymətinə nə daxildir?
Transfer qiyməti tam və yekundur – sürücülü avtomobil, hava limanında gözləmə və qarşılama, bütün vergi ödənişləri, parkinq, yanacaq, ödənişli yollar daxildir.
Qiymət qeyd etdiyiniz şərtlərə uyğun təqdim edilir: marşrut (haradan və haraya), reysin gəliş/gediş tarixi və vaxtı, sərnişinlərin (böyüklər, uşaqlar) sayı və baqajı.