Tranzit və transfer reysləri – Azərbaycan Hava Yolları

Tranzit və ya transfer reysi ilə səyahət etdiyim zaman baqajımı son təyinat məntəqəsinədək qeydiyyatdan keçirə bilərəmmi?

Bu, sərnişin səyahət etdiyi aviaşirkətlər arasında transfer baqajının daşınması barədə müvafiq razılaşma mövcud olduğu təqdirdə mümkündür. Həmin məlumatı Siz qeydiyyat masasında çalışan əməkdaşlardan və ya yardım xidmətinə əvvəlcədən müraciət etməklə dəqiqləşdirə bilərsiniz.

Tranzit və ya transfer reysi ilə səyahət etdiyim zaman normadan artıq baqaja görə ödənişi hər istiqamət üzrə həyata keçirməliyəm, yaxud bir dəfə ödəməyim kifayət edir?

Normadan artıq baqaja görə ödənişi yalnız bir dəfə uçuş hava limanında həyata keçirməyiniz kifayətdir.

Bir hava gəmisindən digərinə keçmək üçün uzun müddət vaxt tələb olunan tranzit reysi ilə səyahət edirəm. Aviaşirkət mənə mehmanxana təqdim edəcəkmi?

Aviaşirkət belə bir xidmət təqdim etmir. Aviaşirkət, yalnız öz təqsiri səbəbindən reys beş və ya daha çox saata təxirə salındıqda mehmanxanada ödənişsiz yaşayışla təmin edir.

Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun müxtəlif terminallarından keçməklə transfer reysi ilə səyahət edirəm. Bu halda mənə tranzit viza lazımdırmı?

Azərbaycana daxil olmaq üçün Sizdən viza tələb olunduğu halda, Siz Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisini tərk etmədən hava limanının birinci və ikinci terminalları arasında hərəkət edən tranzit avtobusdan (şatl xidmətlərindən) istifadə edə bilərsiniz. Avtobusun dayandığı yeri dəqiqləşdirmək üçün hava limanının əməkdaşlarına müraciət edə bilərsiniz.