Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2018-ci ili Türkiyə üçün “Troya ili” elan edib. Bu hadisənin şərəfinə “Türk Hava Yolları” A321 təyyarələrindən birini troya atının təsviri ilə bəzəyib.
Bakı – 25 aprel 2018-ci il. Bu il həm də Troya arxeoloji qazıntılar zonasının YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilməsinin iyirminci ildönümü qeyd olunur. İl ərzində bütün dünya üzrə regionun inkişafı məqsədilə müxtəlif informasiya xarakterli tədbirlər təşkil olunacaq.
Dünyanın 121 ölkəsində 302 istiqamət üzrə uçuşlar həyatə keçirən və beynəlxalq istiqamətlər sayına görə dünya lideri olan “Türk Hava Yolları” aviaşirkəti tematik təyyarəsinin yeni dizaynı sayəsində “Troya ili”nin qeyd olunmasına öz töhfəsini verəcək.
Bu təyyarə bütün beynəlxalq aviareyslər üzrə uçuşlar həyata keçirərək “Troya ili”nin qeyd edilməsi haqqında məlumat verəcək. Təyyarə 20 aprel tarixində “Technic Inc.”in yeni anqarında keçirilən xüsusi tədbir zamanı KİV nümayəndələrinə nümayiş etdirilib. Tədbirdə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı və Çanaqqala əyalətinin qubernatoru Orxan Tavlı iştirak edib.
“Biz ölkəmizin inkişafına və dəyərlərimizə böyük əhəmiyyət veririk. Eramızdan əvvəl 3000-ci ilə aid olan Troya Anadolunun qədim sivilizasiyalardandır, onun tarixi isə bir çox epik əsərin mərkəzində olub. Tematik təyyarəmiz vasitəsilə dünya üzrə uçuşlar həyata keçirdiyimiz bir çox ölkənin sakinlərini Troya ilə tanış etmək bizim üçün böyük şərəfdir. Biz dünya birliyini Troyanı və ölkəmizin zəngin tarixində silinməz iz qoymuş bir çox hadisənin abidələrini ziyarət etməyə dəvət edirik”, – deyə İlker Aycı bildirib.
“YUNESKO-nun Ümumdünya irsi obyektlərin siyahısına 1998-ci ildə daxil olan Troya planetimizin ən qədim abidələrindən biri sayılır. Bizim unikal sivilizasiyanın fundamental əsaslardan biri olan bu əsrarəngiz arxeoloji dəyərin saxlanılması həm bizim, həm də gələcək nəsillər üçün mühüm vəzifə sayılır. Mən “Türk Hava Yolları”na təşəkkürümü bildirmək istərdim, çünki Troyaya həsr olunmuş tematik təyyarə aviaşirkətin uçduğu hər bir məkanda bu tarixi abidə ilə tanışlığa böyük töhfə verəcək”, – deyə Orxan Tavlı qeyd edib.
“Türk Hava Yolları”nın “Troya” tematik təyyarəsinin rənglənmə prosesini aşağıdakı linkdə izləmək olar:
“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir.