AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Türkiyədən Azərbaycan paytaxtına gəlmək istəyən azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.
“Ay-ulduzlular”ın xüsusilə Uels və İsveçrə ilə oyunlarının olacağı tarixlər üçün (16 – 20 iyun) aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub.
İyun ayı üçün bir biletin orta qiyməti 850 TL nəzərdə tutulmuşdusa, hazırda rəqəm 2 098 TL-yə çatıb.
Eksperlərt bu məsələdə Türkiyədən Azərbaycana yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət etmək imkanının da mühüm rol oynadığını və qarşıdakı günlərdə səfərlərin sayının daha da artacağını söyləyiblər.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.