Türkiyəyə giriş qaydaları

istanbul

Hal-hazırda Bakıdan Türkiyənin 4 şəhərinə birbaşa səyahət edə bilərsiniz: İstanbul, Ankara, Antalya, İzmir. Bütün biletləri AyBilet.az saytında tapa bilərsiniz. Əgər qeyd etidiyiniz tarixə birbaşa biletlər göstərilmirsə, deməli o günə birbaça reys yoxdur, və ya biletlər bitib. Digər tarixləri də yoxlaya bilərsiniz.

Birbaşa bilet axtarışı

Seçdiyiniz tarixə birbaşa uçuşun olub və ya olmadığını öyrənmək üçün və ya yalnız birbaşa uçuşlara baxmaq üçün filtrlərdə «birbaşa» bəndini seçin.

Karantin rejimi

Ölkə hələ də karantin rejimindədir, amma qaydaların çoxu yerli əhalı üçündür. Məsələn, yerlilər həftəsonu və ya komendant saatından sonra çıxa bilməz, amma turistlərə icazə var. Mağazalar və alış-veriş mərkəzləri axşam saat 20:00-a qədər fəaliyyət göstərir. Adi kafelərdə ancaq «take away» xidmət göstərilir, amma otellərin kafelərində içəridə də otura bilərsiniz.

Bileti tapdım, necə alım?

Seçdiyiniz biletin «almaq» düyməsinə basın. Avtomatik olaraq bileti satan tərəfdaşın saytına yönləndiriləcəksiniz. Keçid zamanı belə bir tablo görəcəksiniz, sonra tərəfdaşımızın (aviaşirkət və ya agentlik) saytı açılacaq. O saytda məlumatınızı əlavə edib bileti ala biləcəksiniz.

Bileti necə götürüm?

Bileti götürmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Elektron bilet alışdan sonra 3 saat ərzində e-mail ünvanınıza göndəriləcək və biletiniz sistemə düşəcək. Elektron bileti öz rahatlığınız üçün çap edib özünüzlə götürə bilərsiniz, amma hava limanında o sizdən tələb olunmayacaq. Uçuş talonunu almaq üçün hava limanında və ya uçuşdan öncə aviaşirkətin saytında onlayn qeydiyyatdan keçməyiniz və pasportunuzu təqdim etməyəiniz kifayətdir.

Giriş qaydaları

Türkiyəyə giriş üçün neqativ «Covid-19» testi cavabınız olmalıdır və ölkəyə girməmişdən 72 saat öncə online anket doldurmalısınız. Anketi bu linkdən keçərək doldura bilərsiniz – register.health.gov.tr​

Əgər Türkiyədən tranzit ölkəsi kimi istifadə edirsinizsə və tranzit zonasından çıxmayacaqsınızsa, anketi doldurmağa ehtiyac yoxdur.