Uçuş öncəsi necə edək ki, yuxulamayaq? Aeroportda yuxumuzu alaq!

Səyahətçi üçün dünyanı qarış-qarış gəzməzdən öncə şirin bir yuxu əvəzolunmazdır

Səyahətçi üçün dünyanı qarış-qarış gəzməzdən öncə şirin bir yuxu əvəzolunmazdır. Bu isə uçuş ərəfəsində bir az mümkünsüz ola bilər. Lakin Heydər Əliyev Beynəlxalq Aeroportunda bu problemin həll yolu var. Nədir?

Yuxu kapsulları

Aviaşirkətin biznes sinif oturacağı formasında hazırlanmış “Go Sleep” yuxu kapsulları 180 dərəcə açılaraq, sizi evinizdəki kimi rahat hiss etdirəcək oturacaq vəd edir. Siz burada terminalın xaosundan və işıq şüalarından uzaq mürgüləyə bilərsiniz. Reysinizi qaçırmamaq şərti ilə. Hətta burada əl yükünüzü yerləşdirə və mobil cihazlarınıza enerji yükləyə bilərsiniz. Həmçinin, SkyTrax “ 5 ulduza” layiq görülmüş Heydər Əliyev Beynəlxalq hava limanı kimi digər müasir aeroportlarda da bu kapsullar mövcuddur.

Aeroportda yuxu kapsulları ilə yanaşı eyni zamanda sərnişinlərin rahatlığı üçün ana və uşaq otaqları, uşaq oyun meydançası, ibadət otaqları,hər cür ədəbiyyatı özündə cəmləyən kitabxana, pulsuz wifi, ofis işlərinizi bitirmək üçün xüsusi iş masaları, çoxfunksiyalı tualetlər, notarial sənədlərinizin həlli üçün elektron ədliyyə köşkü, aptek və digər xidmətlər mövcuddur.