Ucuz aviabilet almaq üçün…

İnternetdə aviabilet satışı ilə bağlı yüzlərlə, hətta minlərlə sayt mövcuddur. Əksər saytlar ən ucuz aviabiletlərin məhz onlarda olduğunu iddia edir. İstifadəçiləri narahat edən digər məsələlər isə aviabilet satan şirkətlərin plastik kart məlumatlarının ələ keçirilməsi və biletin saxta olma ehtimallarıdır.

Bütün bunları nəzərə alıb yeni yaranmış layihə ilə sizi tanış etmək istəyirik. Aybilet.az ucuz aviabilet axtarış sistemidir. Sistem, saniyələr içində dünyanın 728 aviaşirkət, 40 turizm agentliyi və 5 bronlama sistemindən qiymətləri toplayaraq, təqdim edir. Aviabileti isə haradan alacağınıza özünüz qərar verirsiniz.

Aybilet.az-ın digər sistemlərdən əsas fərqi, birbaşa aviabilet satmamasıdır. Yəni siz axtarış edirsiniz, sistem uçuş tarixi və istiqamətinizi nəzərə alıb, aviabilet satışı edən saytları təhlil edir və sizə uyğun olanı sıralayır. Beləliklə, fiziki aviakassa və turizm şirkətlərinə əlavə komissiya və xərc ödəməyib, bileti özünüz vaxt itirmədən alırsınız.

Rahat interfeysi sayəsində uçuş saatları, baqaj haqqında məlumatlar axtarış edən zaman qarşınıza çıxır. Saytın təqvim bölümündə ayın günlərinə görə qiymətlərlə tanış ola bilərsiniz.

Plastik kartınızla alacağınız aviabiletlər saniyələr ərzində elektron poçtunuza göndəriləcəkdir. Biletlər elektron olduğu üçün onları itirmək mümkün deyil. Bundan başqa bir çox e-mail sistemləri elektron aviabiletləri başa düşərək avtomatik təqviminizə əlavə edir və uçuşa bir neçə müddət qalmış sizi xəbərdar edir.

Səyahətə çıxmamış mütləq oxumağınızı tövsiyə etdiyimiz saytın blog hissəsindəki sərbəst səyahət bölümüdür ki, burada hər ölkə üçün hamin şəhərdə nə yeməli?! Harada qalmalı?! Haraları görməli?! kimi silsiləli məlumatlar, maraqlı xəbərlər və səyahət çantanızı necə hazırlamalı?! özünüzlə hansı dərmanları götürməli?! və s. kimi faydalı məlumatlara rast gələ bilərsiniz.

Bir sözlə AyBilet.az, səyahətə çıxanlar üçün doğma dilimizdə bələdçilik etməyə iddialıdır.