Uşaq üçün aviabileti necə almaq olar?

Uşaq üçün aviabilet

Uşaq üçün bilet almaqdan ötrü, bron zamanı uşağın mənsub olduğu yaş kateqoriyasını seçin: 0-2 yaş və ya 2-12 yaş. Demək olar ki, bütün aviaşirkətlər uşaq üçün nəzərdə tutulan aviabiletlərə endirimlər təklif edir.

  • Körpələr üçün (0-2 yaş) – bir qayda olaraq, endirim standard tarifin 90% -ni təşkil edir və xüsusi ayrı bir yer verilmir;
  • uşaqlar üçün (2-12 yaş) – bir qayda olaraq, endirim standard tarifin 25% -ni təşkil edir və xüsusi ayrı bir yer verilir
  • 12 yaşdan yuxarı uşaqlar üçün biletlər standard tariflər əsasında bron edilir.

Bronun yaradılması zamanı, sizinlə səyahət edəcək uşağın yaş məlumatlarını daxil etdiyinizdən əmin olun.

Uşağın yaşı uçuş günü aviabileti bron edən zaman seçdiyiniz müvafiq kateqoriyaya uyğun olmalıdır. Körpənin və uşağın yaşı aviaşirkət tərəfindən səyahətin tam bitdiyi gün üzrə müəyyən olunmuş yaş kateqoriyalarına (“uşaq”, “körpə”) müvafiq olmalıdır.

Uşaqların biletlərini böyüklərin bileti ilə eyni zamanda bron etmək lazımdır. Əgər uşağın sərbəst şəkildə tək uçmağı gərəkərsə, zəhmət olmasa, bileti bton etməmişdən öncə Müştəri Xidmətləri bu haqqda məlumat verəsiniz.

Biz sizə seçdiyiniz reysdə bunun mümkün olub olmasını bildirəcəyik. Ayrıca olaraq, uşaqların/körpələrin uçuşu üçün zəruri olan sənədlərin siyahısını aviaşirkət ilə dəqiqləşdirin.