Viza üçün aviabilet sifarişi

Viza üçün aviabilet sifarişi

Çox vaxt viza alarkən tələb olunan sənədlər arasında gediş-gəliş biletlərinin vacibliyini bildirirlər. Lakin viza almaq üçün aviabilet bron etmək riskli bir addımdır, çünki viza müraciətinizə imtina cavabı gələ bilər. Bu vəziyyətdə turistlər ödənişsiz uçuş bileti sifariş etmək variantlarını nəzərdən keçirməlidirlər.

Bron edilmiş aviabilet ilə necə viza almaq olar

Standart olaraq, hər hansı bir viza üçün bankdan arayış, fotoşəkillər, anketlər,  yaşayacağınız yerin bronu, turist kuponu və aviabiletlər təqdim etməyinizi istəyirlər.

Biletləri aviaşirkətin saytından onlayn almaq daha məqsədəuyğundur. Çünki  ödəniş etdikdən sonra elektron ünvanınıza alışın və ya bronlaşdırmanın viza mərkəzinə təqdim etməyiniz gərəkən təsdiqi  gələcək.

Bronlaşdırma üçün lazım olanlar:

  1. Aybilet.az saytına daxil olmaq;
  2. İstiqaməti və tarixi seçmək;
  3. Sərnişin sayını seçmək;
  4. Sərnişin haqqında məlumatları doldurmağa başlayın;
  5. Bronlaşdırmanının təsdiqini almaq üçün mütləq öz mobil nömrənizi və elektron ünvanınızı qeyd edin;
  6. Ödənişi edin və “Şərtlərlə razıyam…” işarəsinə seçməyi unutmayın 

Vacibdir! Tarix seçərkən nəzərə almalısınız ki, sənədlərin yoxlanılmasına çox vaxt tələb oluna bilər. Bu səbəbdən, məsələn,  ABŞ-a səyahəti planlayırsınızsa bileti növbəti həftə üçün almayın. Biletləri planlaşdırdığınız səfərdən altı ay əvvəl almaq daha yaxşıdır.

Ödənişdən sonra biletləri çap edib viza üçün konsulluğa aparmaq mümkündür. İmtina edildiyi təqdirdə bəzi aviaşirkətlər biletləri və ödənişləri  qaytarmağa razı olurlar. Ancaq bunun üçün geri dönüş biletini almaq və loukosterlərdən istifadə etməmək məsləhət görülür.  Viza üçün bilet bronunu böyük aviaşirkətlərdən etmək daha yaxşı olardı. Bu şirkətlərin çoxunda aviabiletlərin dəyərinin təxminən 30% -ini geri almaq olur.

Şengen vizası

İtaliya, İspaniya, Fransa və ya Şengen zonasına daxil olan digər ölkələrə vizanı da bilet aldıqdan sonra ala bilərsiniz. Bunu etmək üçün bir neçə şərti unutmayın:

  • Aviabileti qayıdacağınız şəhərdən asılı olmayaraq ölkənin hər hansı bir şəhərinə ala bilərsiniz. Məsələn, əgər Moskvadan Barselonaya uçmaq daha ucuzdursa, lakin turistə Madridə getmək lazımdırsa, ucuz bilet alıb, daha sonra isə ispan nəqliyyatı ilə istənilən yerə getmək olar.
  • Çox vaxt Şengen vizasını səyahət agentlikləri tərtib edirlər. Onlar viza verəcəklərinə zəmanət vermir, lakin sifariş verdikdən sonra sənədlərin düzgün tərtib olunmasına kömək edirlər.

Əlavə məlumat! Bəzi aviaşirkətlər, məsələn, Türk Hava Yolları 72 saata qədər ödəmə üçün müddət təyin edir. Bu o deməkdir ki, dərhal ödəniş etmək məcburiyyətində deyilsiniz.

Viza üçün ödəniş etmədən aviabileti necə bronlaşdırmaq olar?

Bilet bronlaşdırmasını ödəniş etmədən internet vasitəsi ilə etmək mümkündür. Bunun üçün ödənişsiz uzun müddətli bronlaşdırması olan böyük aviaşirkətlərdən istifadə edə bilərsiniz. Məsələn aşağıdakı aviaşirkətlər:

  • EuropeAir 7 günə qədər
  • Korean Air 10 günə qədər
  • Lufthansa 2 günə qədər
  • Qatar 10 günə qədər
  • SAS 2 günə qədər
  • Turkish Airlines 10 günə qədər
  • United Airlines 7 günə qədər
  • AirBerlin 4 günə qədər
  • AirFrance 4 günə qədər
  • Aeroflot 2 günə qədər

Unutmayın ki, bir çox aviaşirkətlərdə yalnız bir gün bronlama mümkündür. Bu müddət isə viza müraciəti üçün kifayət  deyil.

Diqqət! Əməliyyatın düzgün aparıldığından və bronun sizə aid olduğundan əmin olmaq üçün sayta daxil ola bilərsiniz. Burada, altı rəqəmli bronlama kodunu daxil etdikdən sonra, biletin etibarlı olub olmadığını yoxlaya bilərsiniz. Buna bənzər bir çox xidmətlər var, məsələn: www.viewtrip.comwww.virtuallythere.com

İstəyinizdən asılı olaraq, bronlamanı vaxtından əvvəl ləğv edə bilərsiniz və ya özü avtomatik olaraq yox ola bilər. Bəzən aviaşirkət tərəfində də biletlərin bron müddəti qısaldıla bilər.

Bronlama yoxlanarkən təsdiq olunmursa

Bəzən yoxlama saytında biletin bronlaması görünməyə bilər. Belə halda təlaşlanmayın və aşağıda qeyd olanları edin:

  1. Bənzər saytlardan yoxlayın
  2. Aviaşirkətin rəsmi saytına daxil olub yoxlayın
  3. Alışdan bir gün sonra yoxlamağa cəhd edin. Hər bir halda bronadırma görünənə kimi saytı dəfələrlə yeniləmək lazımdır.

Risklər

Əlbəttə ki, viza almamaq hətta təcrübəli səyahətçilər üçün də riski həmişə var. Bu riski azaltmaq üçün səyahət sığortası almalısınız. Səyahət sığortasını alarkən pulunuzu geri almaq şərtlərini diqqətlə oxuyun.

Bəzi şirkətlər geri qaytarılmayan aviabiletləri az miqdarda pula geri qaytarılan biletlərə dəyişə bilərlər. Bu tariflə bilet qiymətinin demək olar ki, 100% -ni geri qaytarmaq mümkündür. Ancaq ən ucuz aviabiletlər, bir qayda olaraq, geri qaytarılmır, buna görə etibarlı milli şirkətlərə üstünlük vermək daha yaxşıdır.

Sərnişinin viza almadığı təqdirdə bilet bronlaşdırmanın ləğvi mümkün olan aviaşirkətlərdən biri KLM, MAY.

Çox turistlər hiylə ilə saxta sənədlər təqdim edirlər və bəzən onlar keçərli olur. Lakin bu qanuna zidd olduğu üçün çox risklidir.

Özünüzü qorumaq üçün aşağıdakıları edə bilərsiniz:

  • biletin dəyərini ödəyib real təsdiqini gətirmək
  • digər nəqliyyat vasitəsini bron etmək
  • tur almaq

Həqiqi biletlərin olduğu halda belə turistin viza almama riski hər zaman var. Buna görə, viza mərkəzinə getmədən əvvəl, yalnız aviaşirkətin biletlərini yox, digər sənədləri də yoxlamaq lazımdır, xüsusən də ölkə vizaların asan verilməsi ilə məşhur deyilsə.

Diqqət! ABŞ, Yaponiya, Avstraliya, Kanada, İngiltərə kimi ölkələrə sənəd toplayarkən xüsusilə diqqətli olmalısınız.

Aviabilet bronlaşdırmanın təsdiqini təqdim edərək vizaya necə müraciət etmək olar?

Viza üçün müraciət qaydası olduqca sadədir:

  1. Getməyi planlaşdırdığınız ölkənin konsulluğunda qeydiyyatdan keçməlisiniz. Bununla yanaşı, viza mərkəzinə müraciət edə bilərsiniz, burada prosedura daha sürətli və daha xoş olacaq, lakin əlavə xidmət haqqı tutulacaq.
  2. Bütün lazım olan sənədləri toplayın. Onların siyahısı konkret ölkədən asılıdır, lakin standart olaraq hər viza üçün xüsusi fotoşəkil  iş yerindən arayışlar, bank çıxarışı, bronlaşdırılmış otel və gediş-dönüş aviabiletləri.
  3. Bəzi vizalar üçün barmaq izinin qeydiyyatı tələb olunur. Konsulluqda sizə bununla bağlı kömək edəcəklər. Mütləq lazım olan sənədlər – bank arayışı, qeydiyyat və aviabiletlər. 

Gediş-gəliş biletlərinin olması vacibdir. Dairəvi marşrut da göstərə bilsəniz, məsələn, Moskva – New York və Los Angeles – Moskva biletləri. Bir sözlə əsas konsulluğa turistin evə qayıdacağını göstərməkdir.

Və ya başqa bir ölkəyə gedəcəyinizi təsdiq edən bileti təqdim edə bilərsiniz. Məsələn, Moskva – New York, New York – Parisə biletlər. Bu da turistin göstərilən müddətdə ölkəni tərk edəcəyini göstərir.

Viza üçün otel bronunun təsdiqini də təqdim etmək lazımdır. İlkin ödəniş tələb etməyən və lazım olduğu təqdirdə ödənişi geri qaytara bilən otel tapmaq və bronlaşdırmaq daha asandır. Bunun üçün otello.az saytına daxil olub, otellər axtara bilərsiniz.