Yaponiya haqqında – 20 ƏN MARAQLI FAKT

yaponiya

Öz qəribə adət-ənənələri ilə fərqlənən Yaponiya daim turistlərin maraq dairəsində olub. Gündoğan ölkə haqqında maraqlı 20 faktı təqdim edirik.

  1. Yaponiyada oğlanlar qızlara sevgilərini etiraf etmək üçün məhz beynəlxalq sevgililər gününü gözləyirlər. Bu gün sevdiyinə hədiyyə verən şəxsin “hə” cavabı almağı daha real hesab olunur.
  2. Yaponiyada ət və balıq digər ölkələrlə müqayisədə ucuzdur. Lakin meyvə çox bahadır. Yemiş Yaponiyada ən bahalı meyvə hesab olunur. Belə ki, bu meyvənin Tokiyoda qiyməti 200 dollardı.
  3. Yaponiyada fast-fudlar olduqca məşhurdur. Burada insanlar əlamətdar günlərdə ailəvi olaraq bu cür yerlərə üz tuturlar.
  4. Yaponiyada delfin ətinə xüsusi önəm verilir. Bu ölkədə delfin ətindən sup, kabab və digər yeməklər hazırlanır. Bildirilir ki, delfin ətinin dadı heç də balıq ətinin dadına oxşamır.
  5. Yaponlar heç vaxt işdən vaxtında çıxmırlar. Bütün işçilər gözləyirlər ki, ya müdir özü getsin, ya da rəhbər şəxs işçilərə özü bildirsin ki, onlar evə gedə bilərlər. Yaponiyada müdirlər isə adətən iş vaxtından sonra 4-5 saat əlavə olaraq işdə qalaraq işləyirlər. İş yerini iş vaxtı bitən kimi tərk edən işçi satqın hesab olunur. Bu cür şəxslər işlədiyi şirkətə xəyanətdə gunahlandırılırlar.
  6. Yaponiyada dərslər 1 apreldə başlayır və 3 rübdən ibarət olur.
  7. Yaponiyada xanımların çox qısa ətəkli geyim geymələri normal hesab olunur. Lakin açıq dekolte qəbuledilməzdir.
  8. Gündoğar ölkədə şərəf məsələsinə böyük önəm verirlər. Yaponiyanın baş naziri Yukio Xatoyama seçiciləri qarşısında söz verdiyi məsələlərdən ikisini yerinə yetirə bilmədiyi üçün istefa verib.
  9. Yaponiya yeganə ölkədir ki, burada heç vaxt qatarlar gecikmir. Gecikmə yalnız o vaxt ola bilər ki, kimsə özünü qatarın altına atsın.
  10. Yaponiya intiharların baş verdiyi ölkədir. Belə ki, burada işçi şirkətin və ya ailə başçısının bir sözü ilə özünü öldürə bilər.
  11. Bu ölkədə qurulan ailələrin 30 faizini valideynlərin məsləhəti ilə evlənənlər təşkil edir. Yəni, gənclər bir-birilərini tanımadan valideynlərinin məsləhətləri əsasında ailə qururlar.
  12. Yaponiyanın şimal şəhərlərində küçələrə qar yağsa da yerdə qar və buz olmur. Belə ki, asfaltlarda isitmə sistemi quraşdırıb ki, qar yağan zaman həmin sistem işə düşür. Bud a qar və buzların əriməsinə səbəb olur.
  13. Yaponiyada hava limanları və dəmiryolu vağzallarından başqa istənilən yerdə siqaret çəkmək olar. Lakin bir şərtlə, siqaret çəkən şəxs heç bir halda yerə kül tökə bilməz. Buna görə də siqaret çəkənlər daim özləri ilə külqabı götürürlər.
  14. Yaponiya şikətləri demək olar ki, xarici vətəndaşları işə götürmürlər. Çünki bu ölkədə xarici vətəndaşlar üçün vergi rüsumunun yüksək olmasıdır.
  15. Yaponiyada ayların adları yoxdu. Yaponlar ayları sıralarına görə adlandırırlar. Misal üçün 6-cı ay və ya 9-cu ay və s.
  16. Əgər bir yaponiyalı sizin hər hansı xahişinizə “yox” demək istəyirsə o heç vaxt bunu birbaşa deməyəcək. Yaponiyalılar bu zaman “Bu qəliz fikirdi” və ya “Bu məsələ barədə fikirləşərəm” kimi ifadələrlə cavab verəcəklər.
  17. Yaponiyada hər yerdə birinci kişilərə xidmət edirlər. Əgər mağazada kişi və qadın varsa, birinci kişiyə xidmət olunur. Bu hər yerdə belədi. Əgər restoranda bir masada kişi, digərində isə qadın əyləşibsə mütləqdi ki, birinci kişiyə xidmət olunacaqdır.
  18. Yaponiyada sənədlərə imza atmırlar. Hamı “xanko” adlı möhürdən istifadə edir. Möhürlər mağazalarda da satılır.
  19. Yaponiyada yaşlılar üçün təqaüd çox aşağıdır. Bu onunla əlaqələndirilir ki, hər kəs öz yaşlı vaxtı üçün öz yaşayışını təmin etsin.
  20. Yaponiyada hədiyyə verənin yanında hədiyyəni açmırlar. Yaponiyada bu hörmətsizlik sayılır.

Turizm.fins.az