Yeni ili qeyd etmək üçün qeyri-adi yerlər

Yeni İlin gəlişinə çox az vaxt qalıb. Sizə bu bayramı qeyd eləmək üçün bir neçə maraqlı yerlər haqqında məlumat verəcəyik.

  • Səhradan keçən karvan. Bunun üçün sadəcə Mərakeşdə 10 günü təxminən 400 $ başa gələn səhra turu sifariş etmək və kirayə dəvə almaq lazımdır. Burada siz sakitlik və sükuta əhatə olunaraq ruhunuzun dincəldiyinə şahid olacaqsız, hüzur tapacaqsınız.
  • Hindistanın ən kiçik ştatı Qoa. Buranın iqlimi oktyabr ayından yaxşılaşır, ətraf gül çiçək açır ki, Qoa düz aprel ayına qədər möcüzəli bağları xatırladır.
  • Sakit Okeanda Quam adası. Burada yanvar ayında temperatur 80 dərəcəyə çatdığı üçün, əsas “yeni il” əyləncəsi dayvinq və üzgüçülük olur.
  • Yaponiya. Burada yeni ili zınqırovların səsi altında qarşılamaq kimi bir adət olduğu üçün, yeni ildə hər yapon məbədi 108 dəfə zəng çalmağa başlayır. Nəticədə alınan səs isə möhtəşəm olur!
  • Çin. Burada yeni il şənliyi fevralın 14-dən başlayır və 15 gün davam edir. Bu dövrdə bütün Çin qırmızı fənərlərlə işıqlandırılır, küçələrdə isə rəngarəng nümayişlər göstərilir.
  • Nyu York. Nyu Yorkun Tayms-Skver-i bayram şənlikləri üçün daha bir maraqlı məkandır. Bura həmçinin bayram tədbirlərinin kütləviliyi və möhtəşəmliyi ilə dünya şöhrəti qazanıb.
  • Avstraliya. Avstraliyalılar yeni ili planetimizdə ilk olaraq qarşıladıqları üçün əzəməti və gözəlliyi ilə dünyada heç yerdə olmayan atəşfəşanlıq və şou yaradırlar.
  • Böyük Britaniya. Yeni İlin qarşılanması üçün ən yaxşı yer, Temza çayının sahilidir ki, burada əyləncəli atəşfəşanlığı seyr etmək üçün minlərlə turist gəlir.
  • Paris. Yeni İli qeyd etmək üçün bayram “libasını” geyinmiş Eyfel Gülləsinə açılan mənzərədən atəşfəşanlığı seyr etmək – möhtəşəmdir!