Sehrli yeni il və milad adətləri bizi sevdiklərimiz ilə yaxınlaşdırır və daha səmimi edir, ən əsası isə bayram duyğusu yaradır. Möcüzələr gözləmək əvəzinə, bu ildə öz gözəl ənənənizi başlamağa nə deyirsiniz?
Yeni ilin səmimi ənənələrindən biri İslandiyadadır. Burada milad gecəsi ailə üzvləri bir-birlərinə kitab və şokolad qutusu hədiyyə edir. Uşaqlar və böyüklər yeni parlaq gecə geyimlərini geyinib, təzə salınmış çarpayıya uzanaraq gecə yarısına qədər hədiyyə almış kitablarını vərəqləyirlər. Kitab hədiyyə etmək ənənəsi çox güman ki, buranın soyuq iqlimi ilə əlaqəlidir. İslandiyada qış çox sərt olduğu üçün hamı vaxtını kitab oxuyaraq keçirməyi üstünlük verir.
İsveçlilər milad ərəfəsində şam yeməyinə hazırlaşarkən masada fırlanan-mələklərlə olan zınqırovlu şamları yandırırdılar ki, şamların istisindən mələklər “fırlanmağa” və zınqırovlar melodik zəng çalmağa başlayır. İsveçlilərin əksəriyyətində uşaq xatirələri məhz bu “mələkli zəng səsiylə” bağlıdır ki, zınqırovların səsi ildən ilə insanlara səmimiyyət və sevgi duyğusu bəxş edir.
ABŞ-da böyüklər balaca uşaqlarla şam ağacını bəzədikdən sonra, bir günlük onun altında gecələyirlər. Bütün ailə bir yerdə yığışaraq isti yorğanlara bürünüb ötən ilin xoş məqamlarını xatırlayaraq vaxt keçirirlər.
Bəs sizin hansı maraqlı yeni il ənənəniz var?